Sizin link burada

Azərbaycanda yol qəzaları: 3 ölü, 4 yaralı

Həftənin ilk günündə Azərbaycanda baş vermiş yol qəzalarında 3 nəfər ölüb. Lent.az xəbər verir ki, son sutka ərzində ölkə yollarında 4 ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə daha 4 nəfər də ağır xəsarət alıb. Dünən Astara rayonunda "VAZ" markalı iki avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, daha 2 nəfər isə xəsarət alıb. Kürdəmir rayonunda isə "Mercedes" yolu keçməyə çalışan 45 yaşlı kişini vurub öldürüb.

 

Hər bir faktla bağlı araşdırma aparılır.

LENT

26 May 2018
25 May 2018

Digər xəbərlər >>>