Sizin link burada

Sabunçuda maşın 60 yaşlı kişini vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Lent.az-ın “report”a istinadən məlumatına görə, hadisə Sabunçu rayonunda, Şəhər şosesində qeydə alınıb.

 

99-MG-438 dövlət qeydiyyat nişanlı avtomobil 1958-ci il Nadirov Arifi vurub. Nəticədə o, xəsarət alıb.

 

A.Nadirov 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti ağırdır.

 

Hadisəni törədən sürücü Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

LENT

21 May 2018
20 May 2018
19 May 2018

Digər xəbərlər >>>