Sizin link burada

ABŞ Avropaya 1,3 milyard dollarlıq hərbi texnika göndərəcək

ABŞ 2019-ci ildə Avropaya 1,3 milyard dollarlıq hərbi texnika göndərəcək.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Quru qoşunları  büdcə planlaşdırılması idarəsinin rəis müavini Devis Uolş bəyan edib.

 

O, hərbi texnikanın hansı ölkələrə göndəriləcəyini dəqiqləşdirməyib.

 

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp 2019-cu maliyyə ili üçün Konqresdən 716 milyard dollar istəyib.

LENT

23 Fevral 2018
22 Fevral 2018

Digər xəbərlər >>>