Sizin link burada

Putin və Tramp telefonla danışdı

Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında telefon danışığı olub.

 

APA-nın “RT”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya dövlət başçısı Fələstin lideri Mahmud Abbas ilə görüşü zamanı deyib.

 

“Bu dəqiqələrdə mənin ABŞ prezidenti cənab Trampla telefon danışığım oilub”, deyə V.Putin bildirib.

 

Onun sözlərinə görə, söhbət zamanı həmçinin Fələstin-İsrail münaqişəsinin nizamlanması məsələsi müzakirə olunub. 

 

Donald Tramp Moskva vilayəti ətrafında baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş aviasiya qəzası ilə əlaqədar Vladimir Putinə başsalığı verib.

LENT

22 Fevral 2018

Digər xəbərlər >>>