Sizin link burada

Azərbaycan prezident seçkilərini müşahidə etmək üçün ATƏT DTİHB-yə dəvət göndərib

Azərbaycan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna prezident seçkilərini müşahidə etməklə bağlı dəvət göndərib.
 
 
 
Bu barədə APA-ya ATƏT DTİHB-nun mətbuat ofisindən məlumat verilib.
 
 
 
Bildirilir ki, hazırda ehtiyacların qiymətləndirilməsi missiyasının formalaşdırılması ilə bağlı işlər aparılır: “Planlaşdırma davam etdiyi üçün hələlik onların səfəri və tərkibi barədə məlumat yoxdur”.
 
 
 
Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək. 

LENT

27 May 2018
26 May 2018
25 May 2018

Digər xəbərlər >>>