Sizin link burada

Mixeil Saakaşvili Polşadadır - YENİLƏNİB-1

Mixeil Saakaşvili  artıq Polşa ərazisindədir.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Polşa Dövlət Sərhəd Xidmətindən bildirilib.

 

“Polşa Ukrayna hökumətinin müvafiq müraciəti əsasında M.Saakaşvilini qəbul edib”, məlumatda deyilir.

 

***

 

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili Ukraynanı tərk edib.

 

APA-nın UNİAN-a istinadən verdiyi xəbərə görə, M.Saakaşvili yerli vaxtla 16.00-da Kiyevdən Polşaya uçub.

 

Məlumata görə, M.Saakaşvili deportasiya yox, readmissiya edildiyi bildirilir.

 

Qeyd edək ki, readmissiya hər hansı bir dövlətin ərazisində qanunsuz olan əcnəbinin öz mənşə ölkəsinə və ya tranzit ölkə kimi istifadə etdiyi ölkəyə qaytarılmasıdır.

 

Xatırladaq ki, sentyabrın 10-da Mixeil Saakaşvili Polşa-Ukrayna sərhədini keçib. Bundan əvvəl M. Saakaşvili ABŞ-da olarkən Ukrayna prezidenti Petro Poroşenko M. Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib. 

 

 

 

***

 

Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Kiyev şəhərində, "Suluquni" restoranının yaxınlığında saxlanılıb.

 

APA-nın “Unian.net”ə istinadən verdiyi xəbərə görə, bunu onun dostu David Sakvarelidze deyib. O bildirib ki, M. Saakaşvili xüsusi təyinatlılar tərəfindən saxlanılaraq naməlum istiqamətdə aparılıb

 

Hüquq-mühafizə orqanlarından isə qeyd olunub ki, M. Saakaşvili Miqrasiya Xidmətinin tələbi ilə saxlanılıb.

 

Xatırladaq ki, Kiyev məhkəməsi M. Saakaşvilinin qaçqın statusu almaqla bağlı apellyasiya şikayətini rədd edib.

LENT

28 May 2018
27 May 2018
26 May 2018

Digər xəbərlər >>>