Sizin link burada

Dağıstanlı Şahovun şah sarayı kimi imarəti - FOTOLAR

 

Dağıstanda ötən həftə həbs olunan keçmiş təhsil naziri, nüfuzlu çarodin klanının rəhbəri Şahabbas Şahovun dəbdəbəli malikanəsinin görüntüləri yayılıb. Lent.az virtualaz.org-a istinadən xəbər verir ki, keçmiş nazirin malikanəsini dəbdəbəli çilçıraqlar və xalçalar bəzəyir, ərazisində isə iki hovuzu var.

 

Nazirin malikanəsinin fotolarını “Komsomolskaya Pravda” dərc edib. Evin içərisi lap şah saraylarına oxşayır. Klassik dizaynı mərmər sütunlar tamamlayır, interyeri heykəllər, vəhşi heyvanların dərləri, ekstravaqant üslubda royal, rəsm əsərləri və qızılı korpuslu dəbdəbəli mebellər bəzəyir.

 

Şahabbas Şahov Dağıstanda Moskvadan göndərilmiş xüsusi istintaq komissiyası tərəfindn həyata keçirilən antikurrupsiya “təmizləmələrində” həbs olunub. O, Kaspiyskdə məktəb tikintisi zamanı külli miqdarda vəsaiti mənimsəməkdə ittiham olunur. Moskva müstəntiqləri məmurun azı 100 milyon rubl mənimsədiyini ehtimal edir.

 

LENT

28 May 2018
27 May 2018
26 May 2018

Digər xəbərlər >>>