Sizin link burada

Türkiyə Afrində 31 əsgər itirib

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsini PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləmək üçün yanvarın 20-də başladığı “Zeytun budağı” əməliyyatında indiyə qədər 31 əsgər şəhid olub, 143 əsgər yaralanıb.

 

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bu, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının bu gün yaydığı məlumatda əksini tapıb.

 

Ötən dövr ərzində Türkiyə Hərbi Hava Qüvvələrinin zərbələri nəticəsində terror təşkilatına məxsus 627 hədəf məhv edilib.

LENT

28 May 2018
27 May 2018
26 May 2018

Digər xəbərlər >>>