Sizin link burada

Qəfil vəfat edən teleaparıcının SON STATUSU

 

Bu gün qəfil vəfat edən keçmiş teleaparıcı, Mərdəkan Mədəniyyət sarayın bədii rəhbəri, aktyor Kamran İsrafilovun feysbukda yazdığı son status marağa səbəb olub. Lent.az xəbər verir ki, 39 yaşlı aktyorun 2 gün əvvəl sosial şəbəkədə ibrətamiz və düşündürücü  fikir paylaşıbmış. O yazıb: “Əziz dostlar! Biri var idi, biri yox idi. Bir Kəs və bir Nakəs var idi. Kəs gözəl əməllərlə tanınırdı. Nakəs isə babaykalıq edib, pislik yayardı. Bir gün Nakəs dözməyib, Kəsə yaxınlaşdı. Sual etdi ki, bəs necə edirsən, səni sevirlər? Kəs məsləhət verdi ki, sevgi ilə danışıram, sevgi ilə yaşayıram. Sən də et. Mütləq alınacaq! Nakəs düşündü. Elə bu vaxt yağış yağmağa başladı...”

 

Qeyd edək ki, Kamran İsrafilov bu gün Mərdəkanda dəfn olunacaq.

 

LENT

28 May 2018
27 May 2018

Digər xəbərlər >>>