Sizin link burada

Bayıldakı sürüşmənin “Əbədi məşəl” kompleksinə təsiri yoxdur - RƏSMİ

“Bayıl yamacındakı sürüşmə sahəsi Bakı Televiziya Qülləsindən 200-250 m cənub – şərqdə yerləşir və sürüşmənin Teleqülləyə hər hansı təsiri yoxdur”.   
 
 
 
Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. 
 
 
 
Ekspedisiya rəisi sürüşmənin ətrafdakı digər ərazilərə - “Əbədi məşəl” kompleksi və “Gülüstan” sarayına hər hansı təsirinin olub-olmamasına da aydınlıq gətirib. O qeyd edib ki, “Əbədi məşəl” abidəsi Bayıl dərəsinin sol sahilində yerləşir, sürüşmə prosesinin baş verdiyi ərazi isə Bayıl dərəsinin sağ sahilindədir: “Bildiyiniz kimi “Əbədi məşəl” abidəsi yaxınlığında 2000-ci ilin mart ayında sürüşmə baş vermişdi. Ora da sürüşməyə meylli ərazidir. Lakin Bayıl yamacında baş verən sürüşmənin “Əbədi məşəl” abidəsinə təsiri yoxdur. Bayıldakı sürüşmə lokal ərazidə baş verir. “Əbədi məşəl” abidəsi sürüşmə sahəsindən təxminən 200-250 metr məsafədə yerləşir.   
 
“Gülüstan” sarayının istinad divarlarında isə aidiyyəti qurumlar tərəfindən mayaklar quraşdırılır. Hər ayın sonunda mayaklarda dəyişikliyin olub – olmaması barədə Nazirlər Kabinetinə məlumat verilir. Biz də mütəxəssis olaraq həmin mayaklara baxış keçiririk. Hələ iki il öncə mayaklarda dəyişikliyin qeydə alınması barədə biz məlumat vermişdik. Lakin “Gülüstan” sarayının istinad divarlarında ciddi dəyişiklik müşahidə olunmur”. 

LENT

27 May 2018
26 May 2018
25 May 2018

Digər xəbərlər >>>