Sizin link burada

Azərbaycanlı 2 məşhur küsülü imiş: "Heç vaxt barışmayacam"

 

Azərbaycanlı müğənni Nura Suri həmkarı Miri Yusiflə küsülü imiş. Lent.az-ın məlumatına görə, N.Suri bu barədə “ATV maqazin onlarla” verilişində deyib: “Çox ulduzlaşıb. Özünə o qədər əmin yanaşır, hesab edir ki, nə oxusa seviləcək. Onunla danışmıram, heç danışmaq fikrim də yoxdur. İlk addımlarından “Dəyirman” qrupunun vaxtından onu dəstəkləyənlərdən biri mən olmuşam. Hər zaman bir-birimizin yanında olmuşuq. Amma insanlar dəyişir, xasiyyətləri də dəyişir. Bəzi şeyləri isə hörmət etdiyim insanlara yaraşdırmıram. Onun mənə etdiyi hərəkəti heç gözləməzdim. Bu hadisə deyiləsi deyil. Çox heyiflər olsun, bunu mənə qarşı Miri Yusif etdi. Heç prodüserini də görəndə salam da vermək istəmirəm. Yəni o qədər xətrimə dəydi. Hiss edirsən ki, ulduzluq, populyarlıq insanları necə dəyişir”.

LENT

28 May 2018
27 May 2018
26 May 2018

Digər xəbərlər >>>