Sizin link burada

ABŞ KXDR-lə danışıqlara hazırdır

Vaşinqton KXDR-ə təzyiq göstərməkdə davam edəcək, lakin danışıqlara hazırdır. 

 

APA-nın "RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib. 

 

"Maximal təzyiq göstərmək kampaniyası davam etdiriləcək və daha intensif olacaq. Amma əgər siz danışmaq istəsəniz - danışacağıq". Bu barədə Pens "Washington Post" nəşrinə müsahibəsində bildirib. 

 

Sanksiyaların aradan qaldırılması üçün Pxenyan tərəfindən hansı addımların atılmasına dair suala M.Pensin cavabı lakonik olub: "Bilmirəm. Dnışıqlar da elə bunun üçün gərəkdir". 


Qeyd edək ki, ABŞ məsələ ilə bağlı rəsmi mövqeyini dəfələrlə açıqlayıb:  KXDR  əvvəlcə nüvə və raket proqramlarından imtina etməlidir, bundan sonra Vaşinqton danışıqlara razılıq verəcək". 

LENT

21 May 2018
20 May 2018
19 May 2018

Digər xəbərlər >>>