Sizin link burada

Lavrov və Çavuşoğlu telefonla danışdı

Rusiya XİN rəhbəri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi telefon danışığı zamanı Soçidə yanvarın 30-da keçirilmiş milli dialoq konqresinin yekunları nəzərə alınmaqla Suriyadakı böhranın Astana formatında nizamlanması məsələsini müzakirə edib. 
 
 
APA-nın xəbərinə görə, bu barədə Rusiya XİN-in məlumatında bildirilir. 
 
 
Qeyd edək ki, Soçidə yanvarın 30-da keçirilmiş milli dialoq konqresi Konstitusiya komissiyasının yaradılmasına dair qərar qəbul edib. Komissiya Cenevrədə fəaliyyət göstərəcək. İraq və digər ölkələrin nümayəndə heyətləri konqresdə müşahidəçi qismində iştirak ediblər. 

LENT

22 Fevral 2018

Digər xəbərlər >>>