Sizin link burada

Qəzaya uğrayan AN-148-də nasazlıq yaranıbmış

Rusiyada qəzaya uğrayan AN-148 tipli sərnişin təyyarəsinin pilotu dispetçerlərə nasazlığın  yarandığını bildirib. 

 

APA-nın xəbərinə görə, bu barədə Gazeta.ru-ya araşdırmanın gedişatı ilə yaxından tanış olan mənbə bildirib. 

 

Məlumata görə, təyyarə Jukovski aerodromunda qəza enişi etməyi planlaşdırırmış. 

 

Qeyd edək ki, Moskva-Orsk marşrutu ilə uçan AN-148 tipli sərnişin təyyarəsi Moskva vilayəti ərazisində qəzaya uğrayıb. Nəticədə 65 sərnişin və 6 heyət üzvü ölüb. 

LENT

22 Fevral 2018

Digər xəbərlər >>>