Sizin link burada

Karnavalda partlayış: 8 ölü, 40 yaralı

Boliviyanın Oruro şəhərində karnaval zamanı qaz balonunun partlaması nəticəsində 8 nəfər ölüb, 40 nəfər xəsarət alıb. 

 

APA-nın "Reuters"-ə istinadən verdiyi xəbərə görə, partlayışa səbəb küçədə fəaliyyət göstərən açıq kafedə qaz balonundan istifadə qaydalarının pozulması olub. 

 

Faciə karnaval zamanı, izdihamın hərəkət etdiyi küçədə baş verib. Ölənlər arasında 3 üşağın olduğu bildirilir.

 

Boliviya prezidenti Evo Morales ölənlərin yaxınlarına başsağlığı verib. 

 

LENT

28 May 2018
27 May 2018
26 May 2018

Digər xəbərlər >>>