Sizin link burada

Rusiyada dəhşətli təyyarə qəzası: 71 nəfər öldü - YENİLƏNİB

Moskva ətrafında qəzaya uğrayan sərnişin təyyarəsinin qalıqları tapılıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, qəzaya uğrayan "An-148" təyyarəsində sağ qalanlar yoxdur.

Qeyd edək ki, təyyarədə 65 sərnişin və 6 heyət üzvü olub. 

***

saat 16.28

Moskvanın "Domodedovo" aeroportundan havaya qalxan "An-148" sərnişin təyyarəsi havaya qalxandan az sonra radardan itib.

APA-nın məlumatına görə, bu barədə TASS agentliyinə Təcili Yardım Xidmətindən məlumat verilib.

Moskvadan Orska uçan sərnişin təyyarəsi Moskva ətrafında Ramensk rayonuna düşüb. 

Təyyarənin göyərtəsində 65 sərnişin və 6 heyət üzvü var.

***

saat 16.21

Rusiyada sərnişin təyyarəsi radardan itib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Moskvadan Orska uçan təyyarə radardan itib.

Təyyarənin göyərtəsində 65 sərnişin və heyət üzvləri var.

LENT

28 May 2018
27 May 2018
26 May 2018

Digər xəbərlər >>>