Sizin link burada

Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ: SABAHDAN...

Həcc ziyarətinin  qiyməti 4150 dollar müəyyənləşdirilib

Sabahdan Azərbaycanda bu ilki həcc ziyarəti ilə bağlı sənədlərin qəbuluna start verilir.

 

APA-nın məlumatına görə, fevralın 12-dən həcc ziyarətində iştirak etmək istəyən zəvvarlar Qafqaz Müsəlmanları İdarəsinə  xarici pasport (biometrik), şəxsiyyət vəsiqəsinin surəti, 4 *6 ölçülü 4 ədəd şəkil (qadınlar başı örtülü), sağlamlıq haqqında arayışı təqdim etməlidir.

 

Eyni zamanda bu ilki həcc ziyarətinin qiyməti də məlum olub. Bu il ötənilki kimi iki variantda deyil, bir varianta həcc ziyarəti üçün qiymət müəyyənləşib. Həcc ziyarətinin  qiyməti 4150 dollardır.

 

QMİ-dən APA-ya xəbəri təsdiqləyiblər. 

 

LENT

22 Fevral 2018

Digər xəbərlər >>>