Sizin link burada

Saakaşvili Polşaya deportasiya edilir

Ukraynanın Mühacirət Xidməti Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Polşaya deportasiyası haqda qərar qəbul edib. Virtualaz.org xəbər verir ki, bunu bu gün "Rustavi-2" telekanalına müsahibəsində M.Saakaşvili özü deyib. Kiyevdə olan siyasətçi gürcü telekanalına bildirib ki, onu Polşaya deportasiya etmək üçün "Ukraynanın Mühacirət Xidməti sənədlər paketi imzalayıb". O, qeyd edib ki, "sonra nə olacağından asılı olmayaraq, Ukraynada hakimiyyətin dəyişməsi üçün” dinc mübarizəsini davam etdirəcək. Ancaq Saakaşvilinin müdafiəçiləri bildirirlər ki, onun iddiaları üzrə məhkəmə təhqiqatları davam etdiyindən, siyasətçinin ekstradisiyası üçün hakimiyyətin hüquqi əsası yoxdur.

LENT

22 Fevral 2018

Digər xəbərlər >>>