Sizin link burada

Xəzərdə "süd qasırğası" olub - NASA GÖRÜNTÜLƏRİ YAYDI

NASA Xəzərdə anomal proses sayılan "süd qasırğası"nın fotoşəklini dərc edib.  

 

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, fotoşəkil yanvarın 9-da "Terra" kosmik aparatı ilə çəkilib.

 

NASA-nın məlumatında qeyd olunur ki, külək suyu səthdən qarışdırır və dənizin təkindəki çöküntüləri üzə qaldırır. Bu da dənizin sahilində "süd kölgəsi" yaradır. Alimlər bu təbiət hadisəni araşdırmağa çalışır. Bu anomal proses balıqçılığa mənfi təsir göstərə bilər.

 

NASA peyk təsvirlərinin Xəzərdə monitorinq üçün əsas üsul olduğunu açıqlayıb.

LENT

28 May 2018
27 May 2018
26 May 2018

Digər xəbərlər >>>