Sizin link burada

Türkiyə Afrində bir gündə 11 şəhid verdi

Türkiyə ordusunun  PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyat keçirdiyi Suriyanın Afrin bölgəsində fevralın 10-da şəhid olmuş türk hərbçilərinin sayı 11 nəfərə çatıb.

 

APA-nın xəbərinə görə, bu barədə Türkiyə SH Baş Qərargahının son məlumatında bildirilir. Məlumata görə, ötən gün ərzində gedən döyüşlərdə daha 4 hərbçi həlak olub, daha 2 nəfəri isə yaralanıb. Gün ərzində PYD, YPG və İŞİD terrorçu qruplaşmalarının 13 üzvü məhv edilib.

 

Baş Qərargahın bundan əvvəl yayılan məlumatında gün ərzində 7 hərbçinin şəhid olduğu bildirilmişdi.

 

Qeyd edək ki, əməliyyatın keçirildiyi dövrdə Türkiyə ordusu məhz ötən gün ən çox şəhid verib. Ümumilikdə isə, Türkiyə ordusu indiyədək Afrində 30 şəhid verib, 70-dən çox hərbçi isə yaralanıb.  

 

Qeyd edək ki, Türkiyə Baş Qərargahı yanvarın 20-də Suriyanın Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatın məqsədinin bölgənin PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Bir gün sonra isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.

LENT

26 Fevral 2018
25 Fevral 2018
24 Fevral 2018

Digər xəbərlər >>>