Sizin link burada

Tehran İsrailin iddiasını gülünc adlandırdı

İran PUA-sının Suriyada uçuşu ilə bağlı İsrailin iddiası gülüncdür. 

 

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi deyib.

 

“İran PUA-sının uçuşu və sionist rejimə məxsus hərbi təyyarənin İran tərəfindən vurulmasına dair  iddialar  gülüncdür. İran Suriyada yalnız  məsləhətçi kimi  iştirak edir və  bu ölkənin qanuni və legitim hökumətinin dəvəti ilə oradadır”, - deyə B.Qasimi qeyd edib.  

 

B.Qasimi deyib ki, müstəqil bir ölkə kimi Suriya dövlətinin öz ərazi bütövlüyünü  müdafiə etmək və  hər növ xarici təcavüzlə mübarizə aparmaq qanuni hüququ var: “Sionist rejim həmişəki kimi, yalan məlumat yaymaqla və ixtilaflar yaratmaqla regionun müsəlman xalqlarına qarşı  cinayətlərini və təcavüzlərini ört basdır etmək istəyir”.

 

LENT

28 May 2018
27 May 2018
26 May 2018

Digər xəbərlər >>>