Sizin link burada

Azərbaycanlı idmançı 4 illik cəza aldı

Azərbaycanın daha 1 idmançısında dopinq aşkarlanıb. Apasport.az Azərbaycan Milli Antidopinq Federasiyasının (AMADA) rəsmi saytına istinadən məlumat verir ki, bu dəfə həndbol üzrə Azərbaycan millisinin üzvü Səbinə Nuriyevanın dopinq-testi müsbət nəticə verib.

 

33 yaşlı qapıçıdan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu üzə çıxıb. Nuriyevanın orqanizmində boldenon və boldenon metaboliti aşkarlanıb. Bu səbəbdən də AMADA "Azəryol"un həndbolçunu 4 illik müddətə yarışlardan diskvalifikasiya edib.

 

IV İslam Həmrəyliyi Oyunlarının qalibi olan Nuriyevanın cəza müddəti ötən ilin 23 oktyabrın hesablanmağa başlayıb və 2021-cu il oktyabrın 23-də bitəcək.

 

Qeyd edək ki, Nuriyevayadək daha 4 idmançımız dopinq-testdə "ilişdiyi" üçün AMADA-nın cəzası ilə üzləşib.

LENT

21 May 2018
20 May 2018
19 May 2018

Digər xəbərlər >>>