Sizin link burada

İki Koreya arasında tarixi görüş başlayır

Koreya Xalq Demokratik Respublikasının nümayəndə heyəti Cənubi Koreya prezidenti Mun Çje İn ilə görüşmək üçün dövlət başçısının Seuldakı  iqamətgahına gəlib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Şimali Koreyanın nümayəndə heyətinə ölkə rəhbəri Kim Çen Inın bacısı Kim Yo Çjon başçılıq  edir.

 

Məlumata əsasən, danışıqlardan sonra Mun Çje İn və Kim Yo Çjon hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə nahar edəcəklər. Bu, KXDR liderinin ailə üzvünün Cənubi Koreyaya ilk səfəridir.

 

Bundan əvvəl Cənubi Koreyanın prezidenti və KXDR rəhbərinin bacısı Pxençxanda Qış Olimpiya Oyunlarının açılış mərasimində bir-birilərinin əllərini sıxıblar. 

LENT

28 May 2018
27 May 2018
26 May 2018

Digər xəbərlər >>>