Sizin link burada

Səhiyyə Nazirliyinə 15 milyon manat ayrıldı

Prezident İlham Əliyev Qobustan Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, Qobustan Rayon Mərkəzi Xəstəxanasının tikintisi, mövcud xəstəxana binalarının təmiri, avadanlıq və inventarla təchiz olunmasının başa çatdırılması məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.15-ci yarımbəndində göstərilmiş məbləğin 15,52 milyon (on beş milyon beş yüz iyirmi min) manatı Səhiyyə Nazirliyinə ayrılıb.

 

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

LENT

28 May 2018
27 May 2018
26 May 2018

Digər xəbərlər >>>