Sizin link burada

Prezidentdən pensiyalarla bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, sərəncamla  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2017-ci il üzrə orta aylıq nominal əmək haqqının  Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2018-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin.

 

Həmçinin nazirlik fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirməlidir.

 

Nazirlər Kabinetinəbu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

LENT

28 May 2018
27 May 2018
26 May 2018

Digər xəbərlər >>>