Sizin link burada

Şərab məhsullarının dövriyyəsi üzrə XÜSUSİ REJİM yaradılır

Azərbaycanda hərbi vəziyyət qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə şərabçılıq məhsullarının dövriyyəsi üzrə xüsusi rejim yaradıla bilər.
 
 
 
APA-nın məlumatına görə, bu, bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında müzakirəyə çıxarılan “Üzümçülük və şərabçılıq haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsində əksini tapıb.
 
 
 
Qüvvədə olan qanuna (22.4) əsasən, fövqəladə vəziyyət qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə şərabçılıq məhsullarının dövriyyəsi üzrə qanunvericilik müəyyən edilmiş qaydada xüsusi rejim yaradıla bilər. Qanunun 22.4-cü maddəsinə təklif olunan dəyişikliklərə əsasən,  fövqəladə və ya hərbi vəziyyət qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə şərabçılıq məhsullarının dövriyyəsi üzrə “ Fövqəladə vəziyyət haqqında” və “ Hərbi  vəziyyət haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq” xüsusi rejim yaradıla bilər.
 
 
 
Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

LENT

26 Fevral 2018
25 Fevral 2018
24 Fevral 2018

Digər xəbərlər >>>