Sizin link burada

Əl-ələ verib Nəzrini yaşadaq - YARDIM

Tovuzun Xatınlı kəndində yaşayan 7 yaşlı Nəzrin Qocayeva illərdir kəskin leykoz xəstəliyi ilə mübarizə aparır. Lent.az-ın məlumatına görə, körpə yaşında atasını, ardınca babasını itirən balaca Nəzrin anasının himayəsi altında 2 ildir ki, qohumların dəstəyi ilə müalicə alır.

 

Anası Şəfəq Qocayeva deyir ki, nəsillərində kimsədə indiyə qədər belə xəstəlik olmayıb. Həkimlər də körpənin ağır stressdən bu günə düşdüyünü ehtimal edirlər. Atasından sonra babasının da rəhmətə getməsi Nəzrini həddindən artıq üzüb. Ola bilsin, bu səbəbdən körpənin qanında xəstəlik yaranıb.

 

Artıq 2 ildir ki, Nəzrin Qan Xəstəlikləri İnstitutunda müalicə alır. Anasının sözlərinə görə, hazırda vəziyyəti normaldır: “Hər həftə kimya terapiya qəbul edir. Ayaqlarında bir az göyərmə əmələ gəlib. O da trombositlərin düşməsi ilə əlaqədardır”.

 

Martda Nəzrindən ilik analizi götürüləcək. Analizin cavabından asılı olaraq ona ilik köçürülüb-köçürülməyəcəyinə qərar veriləcək. Nəzrinin qardaş-bacısı olmadığından donor yad adam olmalıdır. Bizim qanunlara görə də yad adam donor ola bilməz. Buna görə də əməliyyat xaricdə (Türkiyə, ya Belarusda) olmalıdır. Əməliyyatın məbləği 150 min manatdır.

 

Xəstəlik aşkarlanan zaman leykozun nə qədər ciddi xəstəlik olduğunu anlamayan Nəzrin bu gün xəstə olduğunu dərk edir və sağalacağına böyük ümid bəsləyir.

 

Nəzrinin anası Şəfəq imkanlı və xeyirxah insanların qızı üçün ümid olmasını xahiş edir.

Əlavə məlumat üçün telefon nömrəsi: +994 50 967 96 43 ( Şəfəq -Nəzrinin anası) 

Ona kömək etmək istəyənlər üçün bank hesabı açılıb.

 

Bank Respublika ASC Nərimanov Filialı

- Kod : 508182

- VÖEN : 9900001901

- M/H : AZ80NABZ01350100000000014944

- SWIFT : BRESAZ22

Alan - Arif Aslanov

İBAN : AZ53BRES00380194400151729301

 

Həmçinin, MilliÖn və E-Manat ödəmə terminalları vasitəsilə də “Banklar” bölməsindən “Bank Respublika”nı seçib yardım etmək olar: Hesab nömrəsi : 380194400151729301

Şəxsiyyət vəsiqəsi : 04057802

LENT

27 May 2018
26 May 2018
25 May 2018

Digər xəbərlər >>>