Sizin link burada

"Beyin ölümünü təsdiqləyən mərkəz yaradılmalıdır” - Komitə sdəri

“Bu gün çox az orqan var ki, donordan, yaxud meyitdən insana köçürmək mümkün olmasın. Orqan transplantasiyasının tək tibbi yox, həm də hüquqi və mənəvi tərəfləri var. Hüquqi və mənəvi yanaşma düzgün olmadıqda, bu, bir buxova çevrilir”.

 

APA-nın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunun təkmilləşdirilməsinə dair təşkil etdiyi dinləmədə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib. 
 
Ə. Əmiraslanov deyib ki, Azərbaycanda bir neçə klinika orqan transplantasiyaları həyata keçirir: “Bunlar qaraciyər, böyrək, süni orqanların, göz qişasının, sümük iliyinin və s. nəqlidir: Ancaq orqan transplantasiyası ilə bağlı əməliyyatların sayı yetərincə deyil. Bu gün Azərbaycanda ürək köçürmənin tibbi baxımdan heç bir problemi yoxdur. Problem donor, orqan qıtlığı məsələsidir. Birinci növbədə Azərbaycanda orqan transplantasiyası ilə bağlı dövlət reyestri yaradılmalıdır. Ola bilər ki, hər hansı xəstəxanaya müraciət var. Amma Azərbaycanda nə qədər sayda insanın ürək, böyrək, qaraciyər gözlədiyini bilmirik. Digər tərəfdən, beyin ölümünü təsdiq edən bir mərkəzin də yaradılması yaxşı olar”.  

LENT

27 May 2018
26 May 2018

Digər xəbərlər >>>