Sizin link burada

Gömrük Komitəsi ötən ay büdcəyə neçə milyon manat köçürüb?

Bu ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 226 mln. 88,3 min manat təşkil edib.

 

"APA-Economics" qurumun açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, 2017-ci ilin yanvar ayı ilə müqayisədə daxilolmalar 51 mln. 125,7 min manat və ya 29,96% çoxdur.

 

Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 59 mln. 470,6 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 157 mln. 018,9 min manat, aksizlər üzrə 6 mln. 780,7 min manat, yol vergisi üzrə isə 2 mln. 818,1 min manat təşkil edib.

LENT

22 Fevral 2018

Digər xəbərlər >>>