Sizin link burada

Bu gün Bakının bu ərazilərində su olmayacaq - XƏBƏRDARLIQ

 
Fevralın 9-da gün ərzində Süleyman Vəzirov, Fəzail Bayramov, Afiyəddin Cəlilov, Mehdi Mehdizadə, Nəcəfqulu  Rəfiyev, Natiq  Əliyev, Əllədin  Quliyev küçələrinə,  Xocalı, Nobel və Babək prospektləri boyu bəzi ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. “Azərsu” Açıq  Səhmdar Cəmiyyətindən Lent.az-a verilən məlumata görə, buna səbəb Bakı şəhəri Babək prospektində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən su xətlərinin köçürülməsidir.
 
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
 

LENT

22 Fevral 2018

Digər xəbərlər >>>