Sizin link burada

(R) “AGBank” ASC nizamnamə kapitalını artırır

 

Bankın kapital mövqeyinin məhkəmləndirilməsi məqsədilə  “AGBank” ASC tərəfindən hər birinin nominal dəyəri 2 manat olan 7 mln. manat məbləğində 3,5 mln. ədəd adi səhmlərin emissiya edilməsi qərara alınıb. Bununla əlaqədar bankın kütləvi təklif üsulu ilə yerləşdirilən nominal dəyəri 2,00 (iki) manat olan 3.500.000 (üç milyon beş yüz min) ədəd adı, sənədsiz, adlı səhminin emissiyasının dövlət qeydiyyatına alması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edilib.

Yeni səhm emissiyasından sonra bankın nizamnamə kapitalı 109,2 mln. manat qədər yüksələcəkdir. 2018-ci ilin sonuna qədər isə bankın nizamnamə kapitalının 125 mln. manata qədər artırılması gözlənilir.

Məlumat üçün bildirək ki, bankın Səhmdarlarının 4 mart 2016-cı il tarixli növbədənkənar ümumi yığıncağında bankın Nizamnamə kapitalı 77,2  mln. manat artırılaraq 102,2 mln. manata çatdırılıb.

 

LENT

28 May 2018
27 May 2018
26 May 2018

Digər xəbərlər >>>