Sizin link burada

AVRO-2018: Finalda Pireney derbisi

Sloveniyada keçirilən futzal üzrə Avropa çempionatında ikinci finalçı da müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, buna Qazaxıstan - İspaniya matçından sonra aydınlıq gəlib.

 

Görüş gözlənildiyindən də gərgin və maraqlı keçib. Təsadüfi deyil ki, oyunun əsas vaxtı 4:4 hesabı ilə nəticələnib. Belədə qalibi müəyyənləşdirmək üçün əlavə vaxt oynanılıb. Lakin komandalar hərəyə daha 1 qol vurduğundan, yekunda 5:5 hesabı qeydə alınıb.

 

Nəticədə penaltilər seriyasına ehtiyac duyulub. Burada isə ispanlar daha dəqiq (3:1) oynayaraq, adlarını finala yazdırıblar.

 

Beləliklə, AVRO-2018-in finalı Pireney derbisi ilə yadda qalacaq. Portuqaliya və İspaniya arasındakı həlledici görüş fevralın 10-da keçiriləcək. Elə həmin tarixdə Rusiya və Qazaxıstan yığmaları isə öz aralarında üçüncü yerin sahibini müəyyənləşdirəcəklər.

LENT

28 May 2018
27 May 2018
26 May 2018

Digər xəbərlər >>>