Sizin link burada

"Qalatasaray" da yarımfinalda

Türkiyə kubokunda bütün yarımfinalçılar bəlli olub. Apasport.az saytının məlumatına görə, 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində bu gün baş tutan "Qalatasaray" - "Konyaspor" matçından sonra növbəti mərhələyə adlayan sonuncu xoşbəxtin də adı bilinib.

 

İlk görüşdə 2:2 hesablı heç-heçə qeydə alındığından, cavab qarşılaşmasına böyük maraq var idi. Hesabı 14-cü dəqiqədə "Konyaspor"un futbolçusu Morike Fofana açıb. Lakin cəmi 3 dəqiqə sonra "Qalatasaray" Sərdar Əzizlə tarazlığı bərpa edib.

 

İkinci hissə isə bütünlüklə ev sahiblərinin üstünlüyü şəraitində keçib. Nəticədə "Qalatasaray" daha 3 dəfə rəqib qapısına yol taparaq, 4:1 hesablı qələbəyə sevinib. İstanbul klubunun fasilədən sonrakı qollarını 52 və 88-ci dəqiqələrdə Bafetimbi Qomis, 90+1-ci dəqiqədə isə Qarri Rodriges vurub.

 

Bu qələbədən sonra "Qalatasaray" yarımfinalda "Akhisar"a rəqib olub. Mərhələnin digər cütlüyündə isə "Beşiktaş" və "Fənərbaxça" komandaları üz-üzə gələcək.    

LENT

26 Fevral 2018
25 Fevral 2018
24 Fevral 2018

Digər xəbərlər >>>