Sizin link burada

Salah İspaniyaya transfer olacaq? - AÇIQLAMA

“Liverpul”un aparıcı futbolçusu Məhəmməd Salah “Real”a keçəcəyi haqda söz-söhbətlərə aydınlıq gətirib. Apasport.az saytı xəbər verir ki, “Marca”ya danışan misirli hücumçu yaxın gələcəkdə İspaniyaya köçəcəyini istisna etməyib.

Bununla belə, Salah indiki durumda yalnız “Liverpul” haqda düşündüyünü bildirib: “Real” haqda hələ heç nə deyə bilmərəm.  Çünki hazırda “Liverpul”un futbolçusuyam və İngitərədə məni hər şey qane edir. Həm mövsüm istədiyim kimi keçir, həm də Premyer Liqada sərgilənən futbol ürəyimcədi. “Liverpul”la yanaşı, yayda baş tutacaq dünya çempionatı haqda da düşünürəm. “Real” haqda isə hələ fikirləşmirəm. Amma gələcəkdə hər şey ola bilər. Arada La Liqanın aparıcı oyunlarına baxsam da, İspaniya futbolu ilə yaxından tanış deyiləm”.

Qeyd edək ki, Salah cari mövsümdə “Liverpul”da 34 oyunda 28 qola imza atıb.

LENT

21 May 2018
20 May 2018
19 May 2018

Digər xəbərlər >>>