Sizin link burada

“Keşlə” Premyer Liqaya 22 futbolçu sifariş edib

“Keşlə” ölkə çempionatının ikinci yarısı üçün iştirak ərizəsini Peşəkar Futbol Liqasına (PFL) göndərib. Apasport.az saytı xəbər verir ki, III dövrəyə ukraynalı baş məşqçi Yuri Maksimovla başlayacaq paytaxt klubunun sifariş vərəqəsində yeni adlar var.

 

“Keşlə”nin qış fasiləsində heyətinə qatdığı Kamran Ağayev 1, Məqsəd İsayev 22, Sezar Meza Kolli 10, Pablo Podio 19, Nemanya Stoyanoviç 40, Ebrima Sohna 90, Vaqif Cavadov 7, Andre Klennon isə 14 nömrəli formanı geyinəcək.

 

Bakılıların iştirak ərizəsinə 22 futbolçunun adı daxil edilib.

 

Qapıçılar: 1. Kamran Ağayev, 15. Orxan Sadıqlı, 16. Şahin Zəkiyev

 

Müdafiəçilər: 2. Sertan Taşkın, 3. Denis Silva Kruz, 4. Slavik Alxasov, 22. Məqsəd İsayev, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 65. Cabir Əmirli, 66. Murad Qayalı

 

Yarımmüdafiəçilər: 10. Sezar Meza Kolli, 19. Pablo Podio, 20. Aqşin Quluzadə, 21. Herve Tçami, 24. Fuad Bayramov, 40. Nemanya Stoyanoviç, 88. Məmməd Quliyev, 90. Ebrima Sohna

 

Hücumçular: 7. Vaqif Cavadov, 9. Pərdis Fərcad-Azad, 14. Andre Klennon, 98. Qara Qarayev

LENT

21 May 2018
20 May 2018
19 May 2018

Digər xəbərlər >>>