Sizin link burada

Canlı efirə gözlənilməz zəng gəldi: "Təranə Qumralla Elçin..."

 

Bu gün Təranə adlı xanım “Hər şey daxil” verilişinin canlı efirinə bağlanaraq müğənnilər Təranə Qumral və Elçin Hüseynov barədə iddia irəli sürüb. Lent.az-ın məlumatına görə, o bildirib ki, bir müddət əvvəl T. Qumralın  “whatsApp”ına yazaraq, ondan kömək istəyib:

“Özüm Ağstafadan Bakıya, Hövsan qəsəbəsinə gəlmişəm, kirayə qalıram. Qızım çox pis xəstələnmişdi. Kömək üçün müraciət edəcəyim adam yox idi. Allaha and olsun ki, yalan demirəm. Təranə xanıma yazdım, o, məndən həkimin yazdığı resepti istədi. 3 resept göndərdim, o, bundan sonra məni "watsapp"dan sildi, cavab vermədi. Daha sonra Elçin bəyin restoranına getdim, kömək istədim. Üzünü çevirib getdi. Heç biri kömək etmədi”. 

T. Qumral zəng vuran xanımın ittihamlarına cavab verib: “Bəlkə başqa Təranə adlı şəxsə yazıb? Mənə belə yazan olmayıb.  Resept nə qədər tutar ki? Uzağı 100-200 manat! Bu pul nədir ki? Belə şeydən qorxmaram. Ola bilər ki, kimsə öyrədib, belə efirə zəng vurub danışır”.

Elçin Hüseynov isə ona tez-tez belə şəxslərin müraciət etdiyini bildirib:

“Hər dəfə yaxınlaşırlar. Onlar istəyən kimi vermək olmur. Gərək araşdırasan. Xeyriyyəçilik elə bir şeydir ki... Birinci evin içi, sonra çölü. Kim nə bilir ki, mənim evdə nə problemlərim var”. 

 

LENT

23 Fevral 2018
22 Fevral 2018

Digər xəbərlər >>>