Sizin link burada

Türkiyə Kubokunda daha iki yarımfinalçı bəlli oldu

Türkiyə kubokunda növbəti yarımfinalçılar müəyyənləşib.

 

Apasport.az saytı xəbər verir ki, 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində daha iki qarşılaşma baş tutub.

 

“Kayserispor”un qonağı olan “Akhisar” oyundan 2:2 hesablı bərabərliklə ayrılıb. İlk matçda 3:2 hesablı qələbə qazanmış komanda adını yarımfinala yazdırıb.

 

Növbəti oyunda “Fənərbaxça” meydana çıxıb. İstanbul təmsilçisi səfərdə 2:1 hesabı ilə qalib gəldiyi aşağı dəstə təmsilçisi “Girəsunspor”u qəbul edib. Bu matçda da eyni hesaba sevinən “sarı-bülbüllər” finalın bir addımlığına yüksəlib.

 

Qeyd edək ki, Türkiyə Kubokunda son yarımfinalçı bu gün “Qalatasaray” – “Konyaspor” (ilk oyun – 2:2) matçından sonra məlum olacaq.

LENT

22 Fevral 2018

Digər xəbərlər >>>