Sizin link burada

Türk hakim meydana atılan kənar əşyanı yedi

Almaniya kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilən “Ayntraxt” – “Maynz” oyununda maraqlı hadisə baş verib. Apasport.az saytının məlumatına görə, qarşılaşmanın 10-cu dəqiqəsində baş hakim Deniz Aytekin diqqət mərkəzinə düşüb.

 

Belə ki, meydan sahiblərinin oyunçusu Marius Volf künc zərbəsi yerinə yetirərkən karnaval libasında olan bir qrup azarkeş ona tərəf konfetlər atıblar. Hadisə yerinə yaxınlaşan Aytekin konfetlərdən birini götürüb və qonaqların oyunçusu Nayce De Yonqa təklif edib.

 

Hollandiyalı bunu qəbul etməyincə hakim konfeti özü yeyib.

LENT

26 Fevral 2018
25 Fevral 2018
24 Fevral 2018

Digər xəbərlər >>>