Sizin link burada

Böyükağa Hacıyev ikinci dəfə əməliyyat olunacaq - YENİLƏNİB

Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin səhhətində problem yaranıb. Apasport.az saytına bu barədə təcrübəli mütəxəssisin ailə üzvləri məlumat veriblər.

 

Bildirilib ki, Hacıyev ürəyində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilib. İnfarkt keçirdiyi məlum olan 59 yaşlı mütəxəssis təcili əməliyyata alınıb. Onun ürəyinə stend qoyulub.

 

Həkimlərin rəyinə əsasən bir neçə saat sonra növbəti - açıq ürək əməliyyatı olacaq.

 

Qeyd edək ki, Böyükağa Hacıyev “Bakı” və “Neftçi” klublarında çalışıb və hər iki komanda ilə ölkə çempionluğu qazanıb. O, həmçinin “Neftçi”ni Azərbaycanda ilk dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəldib.

 

***

 

Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin səhhətində problem yaranıb. Apasport.az saytına bu barədə təcrübəli mütəxəssisin ailə üzvləri məlumat veriblər.

 

Bildirilib ki, Hacıyev ürəyində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilib. İnfarkt keçirdiyi məlum olan 59 yaşlı mütəxəssis təcili əməliyyata alınıb. Onun ürəyinə stend qoyulacaq.

 

Qeyd edək ki, Böyükağa Hacıyev “Bakı” və “Neftçi” klublarında çalışıb və hər iki komanda ilə ölkə çempionluğu qazanıb. O, həmçinin “Neftçi”ni Azərbaycanda ilk dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəldib.

LENT

28 May 2018
27 May 2018
26 May 2018

Digər xəbərlər >>>