Sizin link burada

"Danışıqlar prezident seçkilərindən sonra davam etdiriləcək" - XİN

Xarici İşlər Nazirliyi ATƏT-in Minsk qrupunun həmsədrlərinin səfəri ilə bağlı açıqlama yayıb.
 
 
XİN-in mətbuat katibi Hikmət Hacıyevin Lent.az-a verdiyi məlumata görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycana səfər əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib.
 
Səfər çərçivəsində Krakov görüşündə irəli sürülən fikirlər əsasında ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar konkret müzakirələr aparılıb.
 
Razılıq əldə olunub ki, Ermənistan və Azərbaycanda keçiriləcək Prezident seçkilərindən sonra mövcud fikir və təkliflər əsasında intensiv danışıqlar davam etdirilsin.
 
İşğala və təcavüzə məruz qalan ölkə kimi Azərbaycan münaqişənin substantiv və məntiqi danışıqlar vasitəsilə tezliklə həlli istiqamətində olan səyləri dəstəkləyir. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dövlət başçıları səviyyəsində dəfələrlə bəyan etdiyi kimi işğala əsaslanan mövcud status-kvo qəbuledilməz və qeyri-davamlıdır. Status-kvo dəyişdirilməlidir.
 
Status-kvonun dəyişdirilməsi üçün BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində tələb olunduğu kimi Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılması təmin olunmalıdır.   

LENT

26 May 2018
25 May 2018

Digər xəbərlər >>>