Sizin link burada

“Ata olmaq başıma gələn ən yaxşı hadisədir” - Ronaldo

“Özümü xoşbəxt insan sayıram”. Apasport.az saytı xəbər verir ki, bu sözlər Madrid “Real”ının futbolçusu Kriştianu Ronaldoya məxsusdu.

 

Portuqaliya yığmasının kapitanı AS nəşrinə açıqlama verib. 33 yaşlı hücumçu karyerası və şəxsi həyatı barədə söz açıb: “Peşəkar planda iki fantastik mövsümüm olub. Həm klubumda, həm də Portuqaliya yığmasında mükafat qazandığım illəri nəzərdə tuturam. Hiss edirəm ki, daha bir neçə il yüksək səviyyədə qala bilərəm. Şəxsi həyatıma gəlincə, ailəmlə, övladlarımla vaxt keçirmək mənim üçün böyük xoşbəxtlikdi. Ata olmaq həyatda başıma gələn ən yaxşı hadisədi”.

 

Qeyd edək ki, Kriştianu Ronaldo La Liqanın cari mövsümündə 17 oyunda aktivinə 8 qol və 5 assist yazdırıb.

LENT

26 Fevral 2018
25 Fevral 2018
24 Fevral 2018

Digər xəbərlər >>>