Sizin link burada

ABŞ rəsmisi "Azadlıq" radiosunun bağlanması barədə nələr dedi?

""Azadlıq" radiosunun bağlanması məsələsini Azərbaycan rəsmiləri ilə görüşlərdə müzakirə etdik. Bu barədə ABŞ-a qayıdarkən məruzə edəcəyəm".

 

APA-nın məlumatına görə, bunu Bakıda ABŞ dövlət katibi müavininin müşaviri, xanım Bricet Brink deyib.

 

B. Brink "Azadlıq" radiosunun bağlanmasının Azərbaycan mediasına təsiri barədə suala cavab vermək istəməyib.

 

"Mən Azadlıq" radiosunun bağlanmasının Azərbaycan mediasına təsirini deyə biləcək şəxs deyiləm. Lakin mediada fərqli mövqelərin mövcudluğu etibarlı xəbərin əldə edilməsinə şərait yaradır. Bu, ümumi işin vacib bir hissəsidir". - deyə xanım Brink qeyd edib.

LENT

22 Fevral 2018

Digər xəbərlər >>>