Sizin link burada

"Azərbaycan Rusiyanın mehriban qonşusudur" - Duma sədri

"Azərbaycan Rusiya Federasiyasının strateji tərəfdaşı və mehriban qonşusudur”.

 

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Rusiya-Azərbaycan diplomatik münasibətlərinin 25 illiyi münasibətilə Dumanın binasında təşkil olunan sərgidə çıxışında deyib. O, sərginin təşkili ilə əlaqədar Heydər Əliyev Fonduna təşəkkür edib: “Ölkələrimiz arasında əlaqələr gündən-günə inkişaf edir”.

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov da çıxışında iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasından danışıb. O, əmin olduğunu bildirib ki, bu cür tədbirlər əlaqələrin daha da inkişafına kömək göstərəcək: “Əminəm ki, bizim münasibətlərimiz ilbəil inkişaf edəcək”.  

LENT

22 Fevral 2018

Digər xəbərlər >>>