Sizin link burada

Məşhur məşqçi Abramoviçin təklifini rədd etdi

“Çelsi” rəhbərliyinin ispaniyalı məşqçi Luis Enrike ilə anlaşmaq cəhdi baş tutmayıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 48 yaşlı çalışdırıcı mövsümün ortasında “zadəganlar”ın “sükanı arxası”na keçməkdən imtina edib.

 

Enrikenin xidmətində birbaşa “Çelsi”nin rəhbəri Roman Abramoviç maraqlı olsa da, tərəflər danışıqlarda ortaq məxrəcə gələ bilməyiblər. Enrike bu təklifi ancaq yayda dəyərləndirə biləcəyini deyib.

 

Qeyd edək ki, məşqçilik fəaliyyətində “Roma” və “Selta” klublarını da çalışdırmış Luis Enrikenin son iş yeri ötən il ayrıldığı “Barselona” olub. 

LENT

26 Fevral 2018
25 Fevral 2018
24 Fevral 2018

Digər xəbərlər >>>