Sizin link burada

Tanınmış müğənnimizə cadu edilib: "Hər şeyi yuxuda görürəm"

 

Əməkdar artist Cavanşir Məmmədova cadu olunub. Lent.az-ın məlumatına görə, müğənni bu barədə “Hər şey daxil” verilişində danışıb: “Evdən düşəndə gördüm ki, blokumuzda işığın arasında bir bükülü yazı var. Onu açdım, oxuya bilmədim. Ərəb dilində nəsə yazılmışdı. Yoldaşıma verdim, dedim ki, mollaya göstərsin. Bu, mənə olunmuş bir cadu idi”.

 

C.Məmmədov bildirib ki, yuxuda gördüyü hər şey çin olur: “Yuxuda nə görürəmsə, aşkar olur. Yuxuda gördüm ki, maşınımı əzmişəm. Həmin gün küçəyə çıxmadım. Gecə saat 2-də çıxıb getdim gül dükanına. Bir də onda xəbər tutdum ki, maşınımı vurublar. Bir sözlə mənə hər şey yuxuda bəlli olur”. 

LENT

27 May 2018
26 May 2018
25 May 2018

Digər xəbərlər >>>