Sizin link burada

Nadir Qafarzadə şou-biznesdə qadın satanlardan danışdı - QALMAQAL

Müğənni Nadir Qafarzadə bir neçə gün öncə sosial şəbəkədə paylaşdığı qalmaqallı status barədə danışıb. Lent.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinin canlı efirinə telefon zəngi ilə qoşulan ifaçı bildirib ki, yazdığı “İnsan alveri ilə məşğuldurlar” sözlərinə aydınlıq gətirib: “Yazdığım statusu bilənlər bilir. Bunu camaat da bilir. Belə insanlar hər zaman olub. Mənim səsləndirdiyim bu ittihamları o vaxt əməkdar artist Cavanşir Məmmədov da səsləndirmişdi. Mən sadəcə insanlara açıqladım ki, belə insanlar var. Amma bunu kimsə özünə götürdü, “qarğa məndə qoz var” kimi. Mən yazdığım statusda heç kimin adını çəkməmişdim. Ümumi danışmışdım. Demişdim ki, belə bir bəla var. Mən istəməzdim ki, şou-biznesdə belə insanlar olsun. Ümumiyyətlə, mədəniyyətə, incəsənətə xidmət edən insan belə işlərlə məşğul olmamalıdır. Haram pul qazanmaq olmaz. Bu, cəmiyyətimizə ziyandır. Biz kimi aldadırıq?".

 

Müğənni bildirib ki, qalmaqallı açıqlamasını xüsusi bir insana həsr etməyib: “Mən orada ad çəkmədim. Sadəcə, yazmışdım ki, bu işlə məşğul olan həm qadınlar, həm də kişilər var. Amma mən Əli, Vəli, Pirvəli adını çəkməmişdim”.

 

Qeyd edək ki, N.Qafarzadə bir neçə gün öncə bu statusu paylaşmışdı: "Deyəsən, mənim ağzımın açılması zamanı gəlib. Mən İlhamə xanımın şəklini paylaşanda heç bir zir-zibilə söz atmaq fikrində olmamışam. Qələt eləyin, oturun yerinizdə. Hacılara, Moskvada yaşayan pullu kişilərə, bəzi “məmurlara” qız çıxartmamışam. Belə getsə, susmayacam. Amma kiminsə acı həqiqətlərini açıb söyləmək zamanı gəlib. Qadın müğənniləri satışa çıxaranlar, susun. Mənim qorxacağım bir şey yoxdur, amma siz yaxşı-yaxşı düşünün. Vaxt gələcək, adınız bir çox cinayətlərdə hallanacaq. Susun, məsləhət! Mən dəliyəm, məndə tormoz yoxdur”.

LENT

27 May 2018
26 May 2018
25 May 2018

Digər xəbərlər >>>