Sizin link burada

Fransalı həmsədr Bakıda gəldi

ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Stefan Viskontinin Azərbaycana səfəri başlayıb. APA-nın məlumatına görə, sabah həmsədrlər fevralın 3-dən Bakıda səfərdə olan amerikalı həmsədr Endryu Şoferlə birlikdə görüşlərə başlayacaqlar. Həmsədrlərin Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulub. Həmsədrlər Bakıdan Ermənistana və Dağlıq Qarabağa gedəcəklər.  

LENT

22 Fevral 2018

Digər xəbərlər >>>