Sizin link burada

Samirdən ayrılan Anar Yaşarla iş birliyindən danışdı - VİDEO

 

“Lider TV”-nin “Dostlar” verilişinin növbəti buraxılışı yayımlanıb. Lent.az-ın məlumatına görə, tanınmış müğənni Nazəninin təqdimatında yayımlanan verilişin buhəftəki qonağı müğənni Yaşar Yusub, prodüser Anar Mədətov və kaman ifaçısı Anar Yusub olub.

Prodüser Anar müğənni Yaşarla yeni işbirliyi qurması barədə danışıb: “Yaşarla işləmək ideyası yaxın bir dostumuzdan gəldi. Mən də düşündüm, dedim, hər bir janrda özümüzü sınamışıq, bu da maraqlı olar. İstədim ki, özümü Yaşarla da sınayım. Bu da yeni bir möhür olsun. Həm də Yaşar mənim yerlimdir. Həm də istedadlı bir müğənnidir. Onu “Şeron” qrupunun vaxtından tanıyıram. Onu qəbul edib-etməməkdən danışsam, deyəcəklər ki, öz malını tərifləyir. Maraqlı bir layihə hazırlayırıq.  Bu layihənin də adını “Hamı bizdən danışır” qoyduq”.

 

Daha sonra müğənni Yaşar Yusub bildirib ki, tamaşaçı sevgisini hiss etdiyinə görə xoşbəxtdir: “Tamaşaçılarımızdan xoş rəylər alırıq. Onlar bizə istəklərini sosial şəbəkədə və adi həyatda da bildirirlər. Əgər adi həyatda bizim gördüyümüz iş barədə danışırlarsa, bu, bizim xoşbəxtçiliyimizdir. Deməli, tamaşaçıya nəyisə göstərə bilmişik. Amma insanların 100% zövqünü oxşamaq da olmur”.  

 

Xatırladaq ki, A.Mədətov Y.Yusubdan öncə müğənni Samir Piriyevlə çalışırdı.

 

Qeyd edək ki, “Dostlar, bizi unutmayın” verilişi həftənin bazar günləri saat 20:00-da, təkrarı isə şənbə günü 17:00-da “Lider TV”-də yayımlanır. Verilişin informasiya dəstəyi Lent.az-dır. 

LENT

27 May 2018
26 May 2018
25 May 2018

Digər xəbərlər >>>