Sizin link burada

Konte bu gün istefaya göndərilə bilər

"Çelsi"nin baş məşqçisi Antonio Konte bu gün istefaya göndərilə bilər.

 

Lent.az-ın qol.az-a istinadən məlumatına görə, bu barədə İngiltərə mətbuatı xəbər yayıb. İddia olunur ki, son nəticələrdən məmnun qalmayan London klubunun prezidenti Roman Abdamoviç komandanın sükanı arxasında dəyişiklik etməyə hazırlaşır. Artıq yeni namizəd də məlumdur. Böyük ehtimalla, Konteni "Barselona"nın sabiq baş məşqçisi Luis Enrike əvəzləyəcək. Təyinatın bu gün açıqlanacağı gözlənilir.

 

Qeyd edək ki, "Çelsi" Premyer Liqanın son turunda səfərdə "Uotford"a 1:4 hesabı ilə uduzub. Komanda hazırda 50 xalla 4-cü pillədə qərarlaşıb. Paytaxt təmsilçisini ilk sıradakı "Mançester Siti"dən 19 xal geri qalır.

LENT

21 May 2018
20 May 2018
19 May 2018

Digər xəbərlər >>>