Sizin link burada

"Sosial şəbəkələr çox pis vəziyyət yarada bilər" - MSK sədri

"Növbədənkənar prezident seçkilərində təşviqat müddəti başlayana qədər hansısa namizədin və onun tərəfdarlarının təşviqatla məşğul olması yolverilməzdir". 
 
APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. O bildirib ki, namizədlər qeydə alınandan sonra təşviqat müddəti başlayana qədər təşviqat qadağandır: "Sosial şəbəkələr idarəolunmaz amilə çevrilib. Bəzən kimsə hansısa namizədi tənqid edir, bunun özü də təşviqat sayılır. MSK, seçki komissiyaları bu hallarda pis vəziyyətdə qalır. İndiyə qədər bu amilə görə MSK hansısa namizədin namizədliyini ləğv etməyib. Sosial şəbəkələr bizim üçün çox pis vəziyyət yarada bilər. Biz beynəlxalq təşkilatların nümayəndələri ilə bu halda məsləhətləşib namizədlə bağlı addım atacağıq".    

LENT

21 May 2018
20 May 2018
19 May 2018

Digər xəbərlər >>>